Bu da Natavanın köçdüyü YENİ VİLLASI – FOTO

Bu da Natavanın köçdüyü YENİ VİLLASI – FOTO

Hazırda oxunan: Bu da Natavanın köçdüyü YENİ VİLLASI – FOTO

162307

“Yeni evə köçmüşəm. Yeni evimin ləzzətini yaşayıram. Evdə istirahətdəki kimi hər bir şəraiti yaratmışam. Hovuz, manqal, qonaqlar... (gülür)”. 

Bizim.Media xəbər verir ki, bu sözləri efirlərdən uzaq düşən müğənni Natavan Həbibi “Space star” verilişinə müsahibəsində deyib. 

Yeni evinə köçən sənətçi həm oğlundan, həm də sənətindən söz açıb: 

“Oğlum Zeydə görə, uzun yollara çıxmırıq. Zamanımızın çox hissəsini də yeni evimizdə keçiririk. Səs yazma studiyamızda da yeni mahnılar üzərində işləyirik. Yeni mahnılarım var. Yeni albomu da dinləyicilərimə təqdim etmişəm. Orada yer alan mahnılar da yavaş-yavaş öz yerini tutur”. 

Natavan bayağı mahnıların çoxalmasından da gileynənib:

“Musiqidən söhbət gedirsə, hazırda başqa dalğalar gündəmdədir. Keyfiyyətli mahnılar gec yol tapır”. 

Qeyd edək ki, Natavan Həbibi televiziya kanallarının rəhbərlərindən qonorar tələb etdiyi üçün uzun müddətdir efirlərə çıxmırdı.




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO