Təranə Qumral: “İllərlə bizdən reytinq tutan Zaur Kamal indi telefonu açmır”- VİDEO  

Təranə Qumral: “İllərlə bizdən reytinq tutan Zaur Kamal indi telefonu açmır”- VİDEO  

Hazırda oxunan: Təranə Qumral: “İllərlə bizdən reytinq tutan Zaur Kamal indi telefonu açmır”- VİDEO  

162299

“Zamanında mənimlə reytinq tutan Zaur Kamal, nə oldu ki, iki ildir mənə zəng vurmursan? Zəng edirəm, ondan halını-əhvalını soruşum, amma telefonlara cavab vermir. Elə düşünür ki, onun verilişinə gəlmək istəyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi bildirib ki, aparıcı Zaur Kamal iki ildir onun telefonlarına cavab vermir: 

“Zaur, sən heç kimin tərəfində olma. Sən aparıcısan, dürüst işlə. Hər bir müğənnini verilişinə dəvət etməlisən. İki ildir verilişinə məni çağırmırsan. Yəgin bundan sonra da heç çağırmayacaqsan. Çünki artıq burada hər şeyi açıqladım. “ARB” televiziyasının Zaurun bizi verilişinə çağırmadığından xəbəri yoxdur.

İllərlə bizdən reytinq tutan aparıcıya indi zəng edirsən, telefonu açmır. Zəng edirəm ki, səni Moskvaya toya dəvət etmək istəyirlər, amma sən telefonu qaldırmırsan. Elə bilir ki, ondan bizi verilişinə dəvət etməyi istəyəcəyəm.

Bizi bu iki ildə çox verilişlərə çağırıblar. Sadəcə biz özümüz getmirik. Sadəcə tamaşaçıların gözünü tez-tez verilişlərə çıxmaqla yormaq istəmirik. Yorucu müğənni olmaq istəmirik”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Təranə Qumral həyat yoldaşı müğənni Musa Musayevin ikinci dəfə infarkt keçirdiyini və hazırda evdə müalicə olunduğunu açıqlayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO