"İlhamə Quliyevanın mənə qarşı qadın qısqanclığı var idi: niyə mən evimin xanımı oldum, o yox.”
Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib.
MÖVZU İLƏ BAĞLI:
Flora Kərimova Faiq Ağayevin onun qızına elçi gəlməsi haqqında - "Ona oğul deyirdim" - VİDEO
Flora Kərimova bildirib ki, İlhamə Quliyevanın onun keçmiş həyat yoldaşları – Faiq və İbrahim bəylə əvvəllər münasibəti olub.
Müğənni mərhum həyat yoldaşı, məşhur cərrah İbrahim Topçubaşovdan danışıb. O bildirib ki, əri dünyasını dəyişəndə hamilə olsa da uşağı tələf edib:
“Düşmənlər çox idi. Tək qalmışdım- bir anam, bir mən. Qorxdum ki, gücüm çatmaya, Allahın yanında böyük günah işlədim…”
Bizim.Media