İlqar Muradov:

İlqar Muradov: "Televiziyadan hamı pul qazanır, amma bizə qonorar verilmir"

Hazırda oxunan: İlqar Muradov: "Televiziyadan hamı pul qazanır, amma bizə qonorar verilmir"

162026

"Televiziyalarda bayağı mahnılar səslənir. Bunun qarşısını almaq lazımdır. Burada isə çox çətin nüanslar mövcuddur”.

Bizim.Media xəbər verir ki bu sözləri Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti İlqar Muradov jurnalistlərlə söhbətində deyib. 

Sənətçi efirlərə çıxmamasının səbəbini belə izah edib:

"Efirlərə çıxmamağımın əsas səbəbi odur ki, gözəl maarifləndirici verilişlər yerinə şouya, əyləncəyə üstünlük verilir. Musiqi ilə bağlı veriliş olmalıdır. Əvvəl dövlət televiziyasında ifalara görə, qonorar alırdıq, indi yoxdur. Televiziyadan hamı pul qazanır, qonaqlara qonorara verilmir. Dünyanın heç bir yerində belə şey yoxdur. Bəlkə də mən də tənqid olunacağam, təkcə özümü yox, bütün sənət adamlarını nəzərdə tuturam. Yəqin mərhələ ilə düzələr, hələ heç bir kanala təklif etməmişəm. Tək bununla bitmir, özümü o verilişlərdə görmürəm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO