Psixoloq Əfsanə Rüstəmovanın “Günə son” ictimai-sosial verilişində söylədiyi "Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Mənim əgər 3000 min manatlıq telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır ya da mənim imtina etmək kimi şansım var" fikirləri cəmiyyətdə və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə hesabında qalmaqallı məsələ ilə bağlı videoaçıqlama yayımlayıb.
Musiqiçi belə bir fikirlərin cəmiyyətdə çaşqınlığa eyni zamanda ailədə ər-arvad münasibətlərinə zərbə vurması və boşanmalara səbəb olması ilə nəticələndiyini bildirib:
"Siz insanların ailəsini dağıtmaq istəyirsiniz? Olmaz axı... Bu axı nə biabırçılıqdır! Siz bu qadın psixoloqu verilişə niye çağırırsınız? Əgər lap çağırmısınızsa, niyə onun dediyi bu sözləri kəsib atmırsınız? O qadının bu sözləri insanların, o ağılsız qadınların beyninə birbaşa təsir edir. Sabah həmin ağılsız qadın maddi vəziyyəti aşağı olan ərindən o bahalı telefonu istəyəcək. O da həmin telefonu almayanda qadın ondan boşanacaq.
Sonra da deyəcəksiniz ki, boşanmaların sayı çoxalıb. İnsan xəyanətə və ya başqa bir hadisəyə görə boşanar. Telefona görə isə insan boşanmaz. İnsanları düzgün yaşaması üçün formalaşdırmaq lazımdır.
Mən bu xanım psixoloqu tanımıram. Ola bilər ki, o, şəxsiyyətcə yaxşı insandır amma onun bu danışığı... Bu qadın özü də psixoloqdur... Biz psixoloqları dinləyirik ki, yaxşı düşünək, yaşayaq. Televiziya aparıcıları, reytinq xatirinə deyəsən camaatı yaman günə qoymaq niyyətindəsiniz... Yığışdırın bu şeyləri..."
- A-
- A
- A+
Şoutaym
00:46 / 27.10.2023
Hüseyndən psixoloqa: "Fikirlərinizlə ailələri dağıtmaq istəyirsiniz?" - VİDEO
Hazırda oxunan: Hüseyndən psixoloqa: "Fikirlərinizlə ailələri dağıtmaq istəyirsiniz?" - VİDEO
Hazırda oxunan: Hüseyndən psixoloqa: "Fikirlərinizlə ailələri dağıtmaq istəyirsiniz?" - VİDEO
161705
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.