Nisə Qasımova:

Nisə Qasımova: "Savadsız müğənnilərə toyda daha çox qonorar verirlər" - VİDEO

Hazırda oxunan: Nisə Qasımova: "Savadsız müğənnilərə toyda daha çox qonorar verirlər" - VİDEO

161022

Xalq artisti Nisə Qasımova toy və el şənliklərindən aldığı qonorarlardan söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda danışıb.

69 yaşlı Qasımova bildirib ki, savadsız və ədəbsiz geyinən xanım həmkarları ondan qat-qat baha qiymətə toylara gedirlər:

"Hər toya getmirəm, seçim edirəm. Qazanc bu gün hamıya lazımdır. Rusların bir sözü var "Milyon bir qəpiksiz million deyil". Bəzən elə toylar olur ki, orada yazı-pozu bilməyən, iki oktavalı və dörd sözdən ibarət mahnılar oxuyan, fərqli geyim, plastik əməliyyatlar keçirmiş müğənnilər gəlir və onlar çıxışları üçün yaxşı pul alırlar. Onunla mənim çıxışım arasında fərqli pul məbləği var. Əgər mən 4000 alıramsa, o 14000 alır. Bu niyə belədir, bilmirəm...

Demək ki, bunun günahı bizdədir. Biz müğənnilər aparıcılar, televiziya rəhbərləri kimi aparıcı qüvvəyik, öndə gedən insanlarıq. Bir neçə il bundan əvvəl qohumlarımdan biri məni öz toyuma dəvət etdi. Onlar yaxşı imkana sahib olan insanlardır. Bir müğənninin yarım saat çıxışına 8000 dollar (təxminən 13600 manat) pul verdilər.
Mənə isə 4000 dollar (təxminən 6800 manat) verdilər. Elə toylar da olur ki, orada bir qəpik belə götürmürsən. Deyirlər ki, onlar kasıbdırlar. Mən də söyləyirəm ki, canım qurbandı onlara. Getmişəm həmin toya və pulsuz çıxış etmişəm. Nə var, nə var ki, o müğənninin kiprikləri məndən uzundur, dekolte geyinib və sinəsini ön plana çıxarıb, libasının yarığı belindən başlayır, ona qat-qat artıq qonorar verirlər. Axı bu nədir?".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO