Şəbnəm Tovuzlu: “İkinci qayınanamla danışmıram” 

Şəbnəm Tovuzlu: “İkinci qayınanamla danışmıram” 

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “İkinci qayınanamla danışmıram” 

160690

“Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “7 tamam” axşam şousunda deyib. 

Sənətçi ikinci qayınanası ilə danışmadığını etiraf edib: 

“İkinci qayınanamla (oğlu Əlinin atası Həcinin anası – red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...”. 
Qeyd edək ki, Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO