Müğənni Ramal İsrafilovun bibisi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin nişan məclisinə onu dəvət etmədiyini deməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Bizim.Media xəbər verir ki, Mələkxanım Ramal ilə qonaq olduğu "7 tamam" axşam şousunda məsələyə aydınlıq gətirib.
M.Əyubova Ramalın məclisə dəvət edilməməsini belə nəql edib:
"Ramal ailəmizin gözü, başımızı tacıdır. Övladlarım Hökümənin də Cəfərin də toylarını Ramal aparıb. Ramalsız bizim heç bir məclisimiz keçməyib. Amma qızım Nəzrinin nişanında yalnız onun yaxın rəfiqələri bir də gələcək kürəkənim Mərdanın ailə üzvləri, yaxın dostları olub. Biz istədik ki, bu haqda heç kim xəbər tutmasın. Ramalın şənbə günü toyu vardı. Amma inşallah qızım Nəzrinin toyunda Ramal orada olacaq".
Ramal isə bibisinin bu sözlərinə belə qarşılıq verib:
"Bir daha bibimə gözaydınlığı verirəm. Nəzrin və Mərdanı nişanlanması münasibəti ilə təbrik edirəm. Sənətkardan inciməyə haqqım yoxdur. Düzdür dəvət almadığıma görə, incidim. Amma Mələkxanım xanımın sənətinin qarşısında əriyirəm. Ona görə də, incikliyimi deyə bilmirəm. Amma bilirəm ki, onların toyunda mütləq olacağam".
Qeyd edək ki, Mələkxanım Eyubovanın qızı Nəzrin bir neçə gün əvvəl rok ifaçısı Mərdan Kazımovla nişanlanıb. Onlar nişan məclisini hər kəsdən gizlətməyə çalışıblar. Lakin bir müddət sonra məclisdə iştirak edən qonaqlar nişandan çəkilən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar.
Nəzrin nişanlandıqdan sonra AzTV-dəki aparıcılıq fəaliyyətini sonlandırıb.
Rəşad Əliyev, Bizim.Media