Kiçik yaşlarında Ağadadaş Ağayevin aldığı geyimini görən Nigar efirdə AĞLADI - FOTO/VİDEO

Kiçik yaşlarında Ağadadaş Ağayevin aldığı geyimini görən Nigar efirdə AĞLADI - FOTO/VİDEO

Hazırda oxunan: Kiçik yaşlarında Ağadadaş Ağayevin aldığı geyimini görən Nigar efirdə AĞLADI - FOTO/VİDEO

160275

Əməkdar artist Nigar Şabanova efirdə göz yaşı axıdıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb illər əvvəl Xalq artisti Ağadadaş Ağayevin Nigar üçün aldığı libasın “İncə səhər” verilişində ona təqdim olunması olub. 

Həmin geyimi görən Nigar üzərinə qoyaraq ağlayıb. A.Ağayev isə gənc həmkarını “Kasıb geyim deyil ki? Normal geyimdir” deyərək ovutmağa çalışıb. 

Proqramın aparıcısı Vüsalə Əlizadə “Bu Nigar üçün ən bahalı geyimdir. Çünki o imkansız bir ailənin övladı olub. Özünün dediyi kimi, heç geyinməyə paltarı belə olmayıb. Qonşularının paltarlarını geyinib. Gözəl ürəyə sahib sənətkar (Ağadadaş Ağayevi nəzərdə tutur – red.)

Nigarı yanında məclislərə, tədbirlərə, toylara aparanda bu geyimi ona alıb, geyindirir (Həmin an efirdə Nigarın həmin paltarda fotoları nümayiş olunur). Ağadadaş müəllim Nigarın əlindən tutub səhnələrə çıxarır. Bax gör, necə xoşbəxt görüntüləriniz var” sözlərini dilə gətirib. 
Daha sonra Nigar “Mən bir neçə toyda çox köhnə bir paltarda çıxdım. Ağadadaş müəllim görüb hiss elədi ki, o geyimlər mənim deyil. Qonşumuzun geyimini geyinirdim. Ağa əminin qızının ayaqqabısını geyinirdim. O da ayağıma elə balaca olurdu ki, toya gedib çatdıqda ayağım qanayırdı” kəlmələri ilə hər kəsi göz yaşına boğub. 

Həmin kadrları sizə təqdim edirik: 
 





Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO