Əlixan Səmədov Andrey Malaxova balaban hədiyyə etdi - VİDEO

Əlixan Səmədov Andrey Malaxova balaban hədiyyə etdi - VİDEO

Hazırda oxunan: Əlixan Səmədov Andrey Malaxova balaban hədiyyə etdi - VİDEO

159350

Xalq artisti Əlixan Səmədov Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Привет, Андрей!” verilişində qonaq olub. 

Bizim.Media xəbər verir ki, sənətkar  proqramda bəstəkar Ələkbər Tağıyevin “Sən gəlməz oldun” əsərini balabanda ifa edib. 

Ə.Səmədov verilişin gedişatında A.Malaxova həmin balabanı hədiyyə edib. 

Musiqiçi bu zaman “Çətin deyil, siz onda ifa edə bilərsiniz” sözlərini dilə gətirib.  

Sənətkar həmçinin balabanda əfsanəvi müğənni Rəşid Behbudovun “Mən bir qızla qarşılaşdım” adlı məşhur nəğməni səsləndirib.  

Həmin an studiyada əyləşən digər məşhur qonaqlar sözügedən mahnını birlikdə ifa ediblər. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO