Flora Kərimova: “İlhamə deyirdi ki, Elgizlə ona cadu etmişik” - VİDEO

Flora Kərimova: “İlhamə deyirdi ki, Elgizlə ona cadu etmişik” - VİDEO

Hazırda oxunan: Flora Kərimova: “İlhamə deyirdi ki, Elgizlə ona cadu etmişik” - VİDEO

159031

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyevanı sağlığında düşmən kəsildiyi həmkarı Xalq artisti Flora Kərimova ilə barışdırmaq istədiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

Elgiz bildirib ki, bu barışığın baş tutması üçün üç il mücadilə aparsa da, İ.Quliyevanın vəfatı onun bu arzusunun üstündən birdəfəlik xətt çəkib: 

“Kaş rəhmətlik İlhamə Quliyeva sağ olardı. Baxardı sizə, deyərdi ki, “Elgiz gələn həftə məni verilişinə dəvət elə. Gör nə edəcəyəm orada”. İlhamə xanım sizi efirdə görəndə çox sevinirdi. O sağikən, Flora xanım sizin sənətiniz haqqında çox gözəl sözlər deyirdi. Söylədi ki, Flora xanım çox gözəl sənətkardı.

Üç il mübarizə apardım ki, Flora Kərimova ilə İlhamə Quliyevanı bir verilişdə yan-yana otuzdurub, barışdırım. Onların hər ikisinin yanına bu istəklə bağlı gedib-gəlməkdən ayaqqabılarım belə yırtıldı. İlhamə xanım deyirdi ki, mənim üçün problem yoxdur, gələrəm. Sonra üstündən üç saat keçib deyirdi ki, yox gəlmərəm. Gəlirdim Flora xanımın yanına, deyirdi ki, biz birlikdə bir verilişdə olsaq bilirsən nələr olar. Birdən mənə hansısa məsələ ilə bağlı nələrsə söyləyər.

Cavab verirdim ki, sizin ikinizin arasında oturacağam. Amma bu məsələ alınana yaxın ömür vəfa etmədi. Bir balaca işıq üzü vardı. Bu barışıq olsaydı dünyanın ən xoşbəxt insanı olardım. Bir günün içində İlhamə xanım yox olub getdi. İlhamə xanım rəhmətə gedəndə Flora xanıma zəng vurdum. O, çox pis olmuşdu və çox üzülmüşdü. Ürəkdən İlhamə Quliyevaya rəhmət dilədi. Bu da Flora xanımın böyüklüyü idi”. 
Aparıcının bu sözlərinə proqramda qonaq olan Flora Kərimova “İlhamə Quliyeva məni görsəydi, oturub “vedrələr” sayacaqdı. Allah İlhamənin o dünyasını versin. Naxışım yoxdur. Bir dəfə qayıdıb dedi ki, Flora Kərimova Elgizlə gedib mənə cadu edib (gülür). Əlim üzümdə qaldı. Amma İlhamənin vəfat etməsinə çox pis oldum.” sözlərini dilə gətirib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO