Türkiyənin məşhur aktyoru Burak Özçivit Pakistanda həyatı təhlükəsi ilə qarşı-qarşıya qalıb.
Bizim.Media xəbər verir ki, məşhur parfumeriya markasının reklamına çəkilən aktyor paytaxt İslamabadda alış-veriş mərkəzində təşkil olunan təqdimat mərasimində fanat ordusunun hücumuna məruz qalıb.
Burakla ünsiyyət qurub, şəkil çəkdirmək istəyən pərəstişkarlar onun üzərinə gedib. Bu anda isə ticarət mərkəzinin təhlükəsizlik işçiləri və aktyorun şəxsi mühafizə xidməti dərhal işə müdaxilə edib.
Bunu görən fanat kütləsi qəzəblənərək mühafizə ilə əlbəyaxa davaya çıxıb. Özçivit əsəbi fanat ordusunun əlindən mühafizənin köməyi ilə məkandan uzaqlaşa bilib.
Sözügedən görüntülər anbaan lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Rəşad Əliyev, Bizim.Media