Rusiyanın və Bolqarıstanın Xalq artisti Filipp Kirkorov ilk dəfə yeni təmir etdirdiyi sərvət dəyərində lüks villasını nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, 56 yaşlı sənətçi payız mövsümünün gəlişi ilə malikanəsinə “əl gəzdirib”.
Belə ki, Kirkorov villasının önündə beş ayrı-ayrılıqda dizayn edilmiş dəbdəbəli və komfortlu “qış bağı” inşasını gerçəkləşdirib.
Təmirdən çıxan mülkünün görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Filipp “Dostum arzumu reallaşdırdı və 5 “qış bağını” reallığa çevirdi. Eyvan və terrasları belə gözəl bəzədiyiniz üçün təşəkkür edirəm. Əzizim, indi rahatlıqla payızı qarşılaya bilirəm. Ruhunun bir parçasını evimə yerləşdirdin. Bunu artıq hiss edə bilərsiniz...” sözlərini yazıb.
Qeyd edək ki, F.Kirkorov dəbdəbəli malikanədə hər ikisi ABŞ-da surroqat anadan dünyaya gələn 12 yaşlı qızı Alla-Viktoriya və 11 yaşlı oğlu Martinlə birgə yaşayır. Pop ulduzun hər iki övladı ABŞ vətəndaşlarıdır.
Rəşad Əliyev, Bizim.Media