Nazənindən yeni evə köçən Rühəngizə bahalı hədiyyə - VİDEO

Nazənindən yeni evə köçən Rühəngizə bahalı hədiyyə - VİDEO

Hazırda oxunan: Nazənindən yeni evə köçən Rühəngizə bahalı hədiyyə - VİDEO

158432

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Əməkdar artist Rühənqiz Allahverdiyeva yeni ev aldığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində bildirib ki, həmkarı Nazənin Salayeva ona xoş sürpriz edib. 

“Nazənin yeni evə köçdüyümə görə, mənə paltar yuyan maşın alıb, hədiyyə edib. Nazənin mənim can dostum, ürəyim, əzizimdir”, - deyə Rühəngiz vurğulayıb. 

Aparıcı “Ev gördü edəcəksiz?” müğənniyə sual ünvanlayıb.  

Allahverdiyeva isə “Xeyr, ev gördü etməyəcəyəm. İnsanların bu gün çətin yaşadığı zamanda belə şeylərə lüzum görmürəm. Yəni insanlara qıymıram. Bir var ki, hansısa bir süvenir alasan, bir də var ki, nəsə böyük bir əşya” cavabını verib. 

Bizim.Media-nın əməkdaşının əldə etdiyi məlumata görə, R.Allahverdiyeva Binəqədi ərazisində şəxsi mülk alıb.  

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO