Xalq artisti Nisə Qasımovanın oğlu Fətulla Qasımov ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, 69 yaşlı sənətkarın övladı “Rəngarəng səhər” verilişinə müsahibə verib.
Fətulla anasının xasiyyətindəki xüsusiyyətlərdən söz açıb:
“Anamın ürəyi çox yumuşaqdır. Onun yumuşaqlığını dəyişməsini istərdim. Bir sözlə ürəyi yumuşaq olmasın. Təvəzökardır... Bu xasiyyət isə bir insan üçün çox yaxşı xüsusiyyətdir. Ən əsası anamın ailəsinə olan məhəbbəti həddindən artıq çoxdur. Bu isə qarşılıqlıdır. Bizdə də ona qarşı məhəbbət çoxdur”.
Qeyd edək ki, Nisə Qasımova ilk dəfə aylar əvvəl xərçəngə yoluxduğunu və bu xəstəlikdən əməliyyat olunduğunu açıqlayıb. Bundan sonra isə müğənni insult keçirdiyini bildirib.
Rəşad Əliyev, Bizim.Media