Rəhim Rəhimlinin anası: “O, gedişi ilə məni həyatdan küsdürdü” - VİDEO  

Rəhim Rəhimlinin anası: “O, gedişi ilə məni həyatdan küsdürdü” - VİDEO  

Hazırda oxunan: Rəhim Rəhimlinin anası: “O, gedişi ilə məni həyatdan küsdürdü” - VİDEO  

158292

Sentyabırın 30-da bəstəkar-müğənni Rəhim Rəhimlinin vəfatının birinci ildönümü tamam oldu. Yaşasaydı, bu gün onun 46 yaşı tamam olacaqdı. Fəqət amansız ölüm onu qəfil yaxaladı. Keçirilən yas mərasimində ekstravaqant musiqiçinin anası Firəngiz xanım oğlunun ölümü ilə hələdə barışa bilmədiyini söyləyib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Firəngiz xanım “Elgizlə izlə” ictimai-sosial verilişə müsahibəsində danışıb. 

“Bütün günü ürəyimdə yalnız oğlum Rəhimlə danışıram. O gedişi ilə məni həyatdan küsdürdü. Rəhim çox mehriban insan idi. O, bütün günü yadımdadır. Hamı onun qədrini bildi, amma özü yox. Rəhim deyirdi ki, sənsiz mən necə dözərəm. Mən də deyirəm ki, bəs mən sənsiz necə dözüm...

O elə etdi ki, özü məndən əvvəl getdi. Müğənni Niyam Salami dəfələrlə gəlib mənə baş çəkir. İstəyirəm, onun haqda danışıb, dostlarından onun haqda öyrənim. Çünki elə şeylər var ki, mən onlardan bixəbərəm. O şeyləri isə dostları mənə danışır. Rəhimin etdiyi xeyirxah işləri haqda dostları mənə danışır. Çünki onları bilmirəm”. 
Qeyd edək ki, Rəhim Rəhimli sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO