Türkiyənin superstarı Ajda Pekkan ötən axşam vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətkar sosial şəbəkə hesabında illər əvvəl Bakı səfəri zamanı mərhumla çəkilən fotosunu yayımlayıb.
Pekkan Q.Paşayevanın itkisindən sarsıldığını bildirib:
"Türk dünyasında yeri doldurulmayacaq çox dəyərli dostum, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli insan idi. Məkanı cənnət olsun. Azərbaycanımız başda olmaqla bütün türk dünyasının başı sağ olsun".
Qeyd edək ki, Q.Paşayeva ötən axşam 48 yaşında müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:49 / 29.09.2023
Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI - FOTO
Hazırda oxunan: Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI - FOTO
Hazırda oxunan: Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI - FOTO
157629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.