Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO

Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO

Hazırda oxunan: Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO

157061

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov üçüncü dəfə ata olub.  

Bizim.Media xəbər verir ki, bununla bağlı şahmatçı sosial şəbəkə hesabında məlumat yayıb. 

Qızının dünyaya gəldiyini açıqlayan Rəcəbov övladına Emma adını verdiyini bildirib.  

Şahmat ulduzu xanımı, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova və qızları - Nika və Emma ilə xatirə çəkilən yeni fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Rəcəbov paylaşımına ingilis dilində “Nika və körpə Emma ilə ailə portreti...” sözlərini yazıb. 

Qeyd edək ki, T. Rəcəbov ötən ilin yanvarında Anna Maksakova ilə evlənib və növbəti illərdə cütlüyün qız övladı dünyaya gəlib.  

Şahmatçı 2011-ci ildə isə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət sonra boşanıb. Rəcəbovun bu nikahdan Məryəm adlı qızı var. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO