Şakira Pikenin xəyanətini üzə çıxaran dayəni yeni klipinə çəkdi - FOTO

Şakira Pikenin xəyanətini üzə çıxaran dayəni yeni klipinə çəkdi - FOTO

Hazırda oxunan: Şakira Pikenin xəyanətini üzə çıxaran dayəni yeni klipinə çəkdi - FOTO

156998

Dünya pop səhnəsinin ulduzu Şakira onu aldadaraq xəyanət edən əri, futbolçu Jerar Pikedən boşanmasının təfərrüatlarını ictimaiyyətə nümayiş etdirməyə davam edir.  

Bizim.Media xəbər verir ki, bu dəfə 46 yaşlı müğənni 36 yaşlı futbolçunun xəyanətindən danışan övladlarının dayəsi Lilli Melqarı klipinə çəkib. 

Bu yaxınlarda Şakira Meksikanın “Fuerza Regida” qrupu ilə birlikdə işlədiyi “El Jefe” adlı sinqlini üzə çıxarıb.  

“Deyirlər ki, bu, yüz ildən artıqdır ki, davam edir, amma mənim keçmiş qayınatam hələ də var ki, qəbrin üstünə belə ayaq basmayacaq”, - deyə Şakira oxuyub.  

Kolumbiyalı ifaçı bu yolla Jerar Pikenin atası Joan Pikeni xatırlayıb. 

“El Jefe”də də sənətçi evliliyi ilə əlaqəli başqa bir şəxsi də xatırlayıb: 

“Lilli Melqar, bu mahnıya görə sənə kompensasiya vermədilər”. 

Sosial şəbəkələr dərhal Lilli Melqarın kim olduğunu müzakirə etməyə başlayıb. Məlum olub ki, bu, müğənninin oğulları Milan və Saşanın dayəsidir. Daha sona bildirilib ki, Şakira və Pikenin ayrılmasına səbəb futbolçunun daimi xəyanətləri olub.

O, qastrol səfərində olanda Pike görüşdüyü qızları ümumi evlərinə gətirib. Melqari isə bunların öz gözü ilə şahidi olub. Qadın hər şeyi Şakiraya danışıb və Pike dayəni işdən çıxarıb. Pike Melqariyə işdən çıxma pulunu verməyəcəyini bildirib.  
Şakira sonda Pikedən ayrılıb və Lilli Melqarı yenidən işə götürüb. Müğənni sözügedən klipi tezliklə yayımlayacağını açıqlayıb. Şakiranın özü isə yeni romanları haqqında şayiələri gücləndirməkdə davam edir. Bu yaxınlarda onun müğənni Rau Alejandro ilə vaxt keçirdiyi məlum olub. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO