Əsəd Əsədov VƏFAT ETDİ 

Əsəd Əsədov VƏFAT ETDİ 

Hazırda oxunan: Əsəd Əsədov VƏFAT ETDİ 

156580

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru, səs rejissoru Əsəd Əsədov vəfat edib.  

Bizim.Media xəbər verir ki, sənətkar, 76 yaşında dünyasını dəyişib. Bu haqda isə aktyor Elnur Kərimov sosial şəbəkə hesabında məlumat yayıb.  

Qeyd edək ki, Əsəd Fərrux oğlu Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub. 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissoru olub.

“Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2003).  

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.  

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO