Alla və Maksim əkiz övladlarına təmtəraqlı doğum günü keçirdilər - FOTO/VİDEO

Alla və Maksim əkiz övladlarına təmtəraqlı doğum günü keçirdilər - FOTO/VİDEO

Hazırda oxunan: Alla və Maksim əkiz övladlarına təmtəraqlı doğum günü keçirdilər - FOTO/VİDEO

156117

Ötən axşam Rusiyanın Xalq artisti əfsanəvi Alla Puqaçova və əri, yumorist Maksim Qalkin övladlarının ad gününü təmtəraqlı şəkildə qeyd edib. 

Bizim.Media xəbər verir ki, məşhur cütlüyün əkizləri - Liza və Harrinin 10 yaşı tamam olub. 

Qalkin övladlarının doğum günündən çəkilən görüntüləri və fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Şəkillərdə Lisa anası ilə, Harri isə atası ilə diqqət çəkən pozlar veriblər.  

Maksim və uşaqları tortun üzərindəki şamları üfürdüyü videonu da səhifəsində yayımlayıb.

Aşiqlərin əkizlərinin ad günündən xatirə çəkilən fotolarına sosial şəbəkə əhli xoş sözlər yazaraq, Liza və Qarrini təbrik ediblər.   

Qeyd edək ki, hazırda Alla Puqaçova, Maksim Qalkin və onların uşaqları İsraildə yaşayır. Xüsusi əməliyyat başlayandan sonra ulduz ailə Rusiyanı tərk edib və bir neçə ölkədə yaşadıqdan sonra Təl-Əvivdə - 6 milyon dollarlıq villada məskunlaşıb.

Onların uşaqları ən prestijli və bahalı yerli məktəblərdən birinə gedirlər. Orada təhsilin qiyməti ildə 3 milyon rubldan (təxminən 52800 manat) çoxdur. Ailə evləri olan Latviyaya da tez-tez gedir. Rusiyaya vaxtaşırı isə yalnız Alla Puqaçova gəlir. Onu sonuncu dəfə Moskvada Valentin Yudaşkinin dəfn mərasimində görüblər.

Burada Putinin mətbuat katibi Dmitri Peskov onunla görüşüb,  əlini öpüb, şad olduğunu bildirib. Sosial şəbəkələrdə ailənin Rusiyaya nə vaxt qayıdacağı hələ də müzakirə olunur. Rusiya hakimiyyətinin hərəkətlərini açıq şəkildə tənqid edən və xarici agent kimi tanınan Qalkinə gəlincə isə, o, xüsusi əməliyyat başlayandan sonra Rusiyada görünməyib.
Əvvəllər Birinci Kanalda veriliş aparan şoumen Rusiyada işsiz qalıb və son vaxtlar qonşu ölkələrdə qastrol səfərlərində problemlər yaşamağa başlayıb. Onun Qazaxıstandakı konserti bu yaxınlarda ləğv edilib. Qalkinin sözlərinə görə, konsertinin ləvğinə səbəb özünün dediyi kimi, “hakimiyyət üçün bir növ qorxulu şəxsəm” olmasıdır. 

 






Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO