Ceyran Haşımova: “Nisə Qasımova nankor insandır, ona haqqımı halal etmirəm” – VİDEO 

Ceyran Haşımova: “Nisə Qasımova nankor insandır, ona haqqımı halal etmirəm” – VİDEO 

Hazırda oxunan: Ceyran Haşımova: “Nisə Qasımova nankor insandır, ona haqqımı halal etmirəm” – VİDEO 

155697

“Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Onlar bəstəkar Ələkbər Tağıyevin evində görüşmüşdülər. Mən fortepianoda ifa etdim, Nisə isə “İstəyirəm, görəm səni” mahnısını oxudu. Biz məşq etdik. Zeynəb xanım isə bizə qulaq asdı. Haqqı deyirəm, Nisənin ifası Zeynəb xanımın xoşuna gəldi. Və söylədi ki, Ələkbər Tağıyeva mənim üçün nə mahnı yazacaqsansa, mən oxuyub bitirəndən sonra verərsən, qoy Nisə də oxusun. Biz Ələkbər müəllimin evində məşqlər edirdik”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti, tarzən Ceyran Haşımova “Xoş gəldim” verilişinə müsahibəsində deyib. 

89 yaşlı sənətkar Xalq artisti Nisə Qasımova ilə münasibətlərindən söz açıb. Haşımova bildirib ki, Qasımovaya heç zaman haqqını halal etməyəcək: 

“Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Mən Nisəyə haqqımı halal etmirəm. Heç zaman da ona haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm. Nisə vəfasız olsa da, amma “Xalq aristi” fəxri adını daşıyır”. 

Mərhum Xalq artisti İlhamə Quliyeva ilə çalışdığını söyləyən Ceyran xanım onunla da aralarında olan münaqişədən söz açıb:

“İlhamə Quliyeva mənim müğənnim olub. Onun məndə “afişaları” var. Təəssüflər olsun ki, axtarıb tapa bilmədim. Allah rəhmət eləsin ona. O mənim istəklərimi yerinə yetirmədiyi üçün ondan ayrılmışam”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO