Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Rövşənin doğum günü olduğunu bildirən Elnarə onunla illər əvvəl çəkilən arxiv fotosunu sosial şəbəkə hesabında yayımlayaraq, təbrik edib.
"Bu gün mənim ömür-gün, əsgərlik yoldaşımın, sirdaşımın, dostumun, sevgilimin, övladlarımın atası polkovnikin doğum günüdür. Yaxşı ki, varımsan, həyatımın yoldaşı, ürəyimin sirdaşısan. Həyatda arxalana biləcəyim yeganə dayağım, hər dərdimin əlacısan.
Səni qismətimə çıxartdığı üçün Allahıma nə qədər təşəkkür etsəm, azdır. Hər anımın mahiyyəti, hər dəqiqəmin dəyəri, hər saatımın əhəmiyyəti və hər günümün bayramısan.
Səninlə bundan sonra mənə nə olsa da zaval yoxdur. Şükür bu günümüzə. Allah heç bir ailəni böyüksüz, üzüyünü qaşsız qoymasın", - deyə Xəlilova yazıb.
Qeyd edək ki, Elnarə və Rövşən cütlüyünün dörd övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:41 / 17.09.2023
Elnarədən əri Rövşənə: "Arxalana biləcəyim yeganə dayağım" - FOTO
Hazırda oxunan: Elnarədən əri Rövşənə: "Arxalana biləcəyim yeganə dayağım" - FOTO
Hazırda oxunan: Elnarədən əri Rövşənə: "Arxalana biləcəyim yeganə dayağım" - FOTO
155624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.