Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev yaxın dostu Türkiyənin pop ulduzu Demet Akalınla ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, Anar Mayamidəki kafelərdə yeməklərin olduqca baha olduğundan gileylənib.
Səhər yeməyi üçün dəbdəbəli yox adi kafelərin birinə üz tutan Ağakişiyev qayğanaq ilə bir şüşə meyvə suyuna nə az nə çox düz 89 dollar (təxminən 151 manat) pul ödədiyini bildirib.
Stilist "Bəzən deyirsiniz ki, Bakıda hər şey bahadır. Qaçıb, deyirsiniz ki, xaricdə yaşamaq yaxşıdır. Məncə Bakını tərk etməyə gərək yoxdur. 100 dollara, yəni 170 manata Bakıda İçərişəhərdə 50 nəfərə süfrə açmaq olar", deyərək paylaşdığı videoda fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media