Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarovun başına xoşagəlməz hadisə gəlib.
Bizim.Media xəbər verir ki, Corc "TikTok" sosial şəbəkə platfoması vasitəsilə videomüraciət yayımlayıb.
Qafarov bildirib ki, o, Sankt-Peterburqdan Bakıya gələr-gəlməz telefonunu aktiv edən kimi, onun "Instagram" sosial şəbəkə platformasındakı səhifəsi və "Whatsapp"dakı hesabı bilinməyən səbəblərə görə bloklanıb.
Bu hadisədən sonra aktyor "Instagram"da yenidən ikinci səhifə açsa da, onun bu səhifəsi də bloklanıb.
Aktyor yaxınlarına və dostlarına yayımladığı videomüraciətdə bildirib ki, onunla əlaqə saxlamaq üçün şəxsi nömrəsinə zəng vursunlar və ya "TikTok" və "Telegram" vasitəsi ilə mesaj yaza bilərlər.
Videomüraciətinin sonunda Corc iddia edib ki, onun başına gələn bu hadisələr məhz Peterburqda çəkildiyi çoxserialı ekran işindən sonra baş verib.
Rəşad Əliyev, Bizim.Media