Müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə Monteneqroya tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
Əvvəlcə İstanbul Hava Limanında çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşən Əlizadə daha sonra qaldıqları lüks otel otağının eyvanından dənizə açılan möhtəşəm mənzərəni və sahildə lendə aldığı “selfi”lərini yayımlayıb.
Safura izləyicilərin mənfi şərhlərindən özünü qorumaq üçün paylaşdığı şəkillərin rəy bölməsini bağlayıb.
Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə ilə yanaşı, İsgəndər və Natiq adlı iki oğlan övladı da var. Müğənninin əri mərhum və sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:48 / 06.09.2023
Safuranın əri ilə Monteneqrodakı lüks tətili - FOTO
Hazırda oxunan: Safuranın əri ilə Monteneqrodakı lüks tətili - FOTO
Hazırda oxunan: Safuranın əri ilə Monteneqrodakı lüks tətili - FOTO
153919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.