Bu gün ad günü olan Beyonse dünya turundan 461 milyon QAZANDI 

Bu gün ad günü olan Beyonse dünya turundan 461 milyon QAZANDI 

Hazırda oxunan: Bu gün ad günü olan Beyonse dünya turundan 461 milyon QAZANDI 

153654

Bu gün doğum gününü qeyd edən dünya şöhrətli amerikalı pop ulduz Beyonse daha bir rekorda imza atıb.  

Bizim.Media xəbər verir ki, 42 yaşına qədəm qoyan sənətçi ad gününü çıxdığı "Renessans" adlı dünya turunda keçirib. 

Beyonse adını tarixdə dünya turu çərçivəsində ən çox gəlir gətirən qadın sənətçi siyahısına yazdırıb. 

Müğənni indiyə kimi dünya turu konsertlərindən nə az nə çox düz 461 milyon dollardan (təxminən 784 milyon manat) çox gəlir əldə edib. Amma bu son məbləğ deyil, çünki Beyonsenin konsertləri oktyabrın əvvəlinə qədər davam edəcək.  
Qeyd edək ki, daha əvvəl ən çox məbləği, təxminən 411 milyon dollar (təxminən 699 mln. manat) Madonna 2008-ci ildə "Sticky & Sweet" turu ilə toplamışdı.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO