Xoşqədəm və Doğuş İstanbulda Seda Sayanla GÖRÜŞDÜLƏR - VİDEO

Xoşqədəm və Doğuş İstanbulda Seda Sayanla GÖRÜŞDÜLƏR - VİDEO

Hazırda oxunan: Xoşqədəm və Doğuş İstanbulda Seda Sayanla GÖRÜŞDÜLƏR - VİDEO

152551

Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı müğənni Doğuş İstanbulda Türkiyənin məşhur ulduzu Seda Sayan və həyat yoldaşı müğənni Çağlar Aktanla bir araya gəliblər.

Bizim.Media xəbər verir ki, onlar axşam saatlarında  lüks restoranların birində şam yeməyi ediblər.

Seda süfrə arxasında Xoşqədəm və Doğuşla görüşünün görüntülərini çəkərək sosial şəbəkə hesabında izləyiciləri paylaşıb.

Kadrlarda Sayan "Mənim üçün çox dəyərli və qiymətli Doğuş və onun həyat yoldaşı, gözəl gəlinimiz Xoşqədəm gəldi. Sizi çox sevirəm. Sizin əkiz övladlarınızı çox sevirəm və onların "xəstəsiyəm". Maşallah olsun! Xalası onlara qurban olsun. Buradan Azərbaycana, Bakıya salamlar və öpüşlər yollayıram" sözlərini dilə gətirib.
Xoşqədəm isə bu sözlərin qarşılığında Sedaya təşəkkürünü bildirib və övladlarının onun üçün pianoda ifa edəcəklərini söyləyib.


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO