Aktrisa Aydan: “Görəsən, mən nə etmişəm ki, Allah qarşıma belə qayınana çıxarıb” - FOTO

Aktrisa Aydan: “Görəsən, mən nə etmişəm ki, Allah qarşıma belə qayınana çıxarıb” - FOTO

Hazırda oxunan: Aktrisa Aydan: “Görəsən, mən nə etmişəm ki, Allah qarşıma belə qayınana çıxarıb” - FOTO

151210

“Hər zaman, hər yerdə təkrar-təkrar deyirəm: görəsən, mənim nə boyda savabım var ki, Allah mənim önümə bu qədər özəl, mərhəmətli, sevgi və qayğı dolu, ana kimi qayınana çıxarıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Aydan Axundzadə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Bu gün doğum gününü qeyd edən qayınanası Mehriban Əhmədova ilə fotolarını izləyiciləri ilə bölüşən aktrisa, onu bu sözlərlə təbrik edib: 

“Bu gün onun doğum günüdür. Həyatımın ən önəmli çağı məhz bu böyük insanla bağlıdır, çünki mənə xəyallarımda belə cəsarət edib, arzulaya bilməyəcəyim qədər mükəmməl həyat yoldaşı bəxş edib.

Mənim hələ də böyüməkdə olan ailəmin təməl daşlarında bu xanımın danılmaz izi və böyük əməyi var. Sizi çox sevirəm! Yaxşı ki, bu enişli-yoxuşlu həyatda məhz sizə rast gəlmişəm. Sağlam və uzun ömrünüz olsun, gözəl ana! Doğum gününüz mübarək”. 

Qeyd edək ki, vəkil Mehriban Əhmədova Əməkdar artist Çingiz Əhmədovun həyat yoldaşıdır.

Aydan Ç.Əhmədovun oğlu, Səməd Vurğun adına Akdemik Rus Dram Teatrının aktyoru İbrahim Çingizlə evlidir. Aydan və İbrahim cütlüyünün Mehriban adlı qız övladı var. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO