Oğlundan Rəşad Dağlı ilə bağlı kövrək paylaşım: “Həmişə arxa dayağım oldun” - FOTO/VİDEO

Oğlundan Rəşad Dağlı ilə bağlı kövrək paylaşım: “Həmişə arxa dayağım oldun” - FOTO/VİDEO

Hazırda oxunan: Oğlundan Rəşad Dağlı ilə bağlı kövrək paylaşım: “Həmişə arxa dayağım oldun” - FOTO/VİDEO

150702

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı kövrək paylaşım edib.

Bizim.Media xəbər verir ki, Yusif valideyni ilə birgə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Söz xiridarının oğlu paylaşımına “Ata, sən həmişə mənim arxa dayağım oldun. İndi mən sənin görən gözün, danışan dilinəm” şərhini yazıb. 

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. 
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Rəşad Dağlının Yusifdən başqa Betül adında bir qızı da var.  
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO