Ödündən əməliyyat olunan Elcan Rəsulovun vəziyyəti yenidən AĞIRLAŞDI - VİDEO 

Ödündən əməliyyat olunan Elcan Rəsulovun vəziyyəti yenidən AĞIRLAŞDI - VİDEO 

Hazırda oxunan: Ödündən əməliyyat olunan Elcan Rəsulovun vəziyyəti yenidən AĞIRLAŞDI - VİDEO 

149348

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aparıcı və aktyor Elcan Rəsulovun qəfil səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.  

Bizim.Media xəbər verir ki, ödündən əməliyyat olunduğu deyilən aktyorun yenidən səhhəti ağırlaşıb. Bu haqda Elcan sosial şəbəkə hesabında məlumat yayıb.  

Rəsulov təcili təxirəsalınmaz tibbi yardım avtomobilində uzanıqlı vəziyyətdə görüntüsünü çəkərək izləyiciləri ilə bölüşüb. Aktyor paylaşımına "6 gün müalicə aldığım klinikanın həyətinə başqa klinikanın təcili tibbi yardım maşınını çağırmaq varmış qismətdə" şərhini yazıb.

Bizim.Media-nın əməkdaşı Elcan Rəsulovun hazırda sağlamlıq vəziyyətinin necə olduğunu öyrənmək üçün aktyorlar əlaqə saxlayıb. Lakin Elcan dəfələrlə edilən telefon zənglərinə cavab verməyib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO