Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilk dəfə birinci ailəsindən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi ikinci həyat yoldaşı aktrisa Aysel İbrahimova ilə qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda birinci ailəsindən olan qız övladları ilə uzun müddətdir ki, görüşmədiyini açıqlayıb.
Məhəmmədoğlu bildirib ki, birinci ailəsi Türkiyəyə köçüb və onlarla əlaqəsini kəsib:
“Birinci ailəmdən olan qız övladlarımla görüşmürəm. Onlar ailəlikcə Bakıdan Türkiyəyə köçüblər. Böyük qızım orada təhsil alır. Bu ildən kiçik qızım da orada birinci sinifə gedəcək. Sosial şəbəkə hesabımda paylaşdığım qızlarımın fotoları köhnədir. Böyük qızımın 14 yaşı olacaq. Onlarla heç virtual olaraq sosial şəbəkələrdə belə ünsiyyətim yoxdur. Onlar üçün çox darıxıram”.
Hüseyn vurğulayıb ki, onun birinci xanımı övladlarından “silah” kimi istifadə edib:
“Buradan bütün ailələrə və xüsusi ilə boşanan ailələrə müraciət edirəm ki, uşaqdan “silah” kimi istifadə etməyin. Çünki qohum-əqrabamda elə bir insan yoxdur ki, övladına mənim qədər nələrsə etsin. Uşaqlarıma nə etmişəmsə min dəfə halal xoşları olsun. Bundan sonra etməyə belə hazıram”.
Klarnet ifaçısı birinci xanımı ilə düşmən kimi ayrıldığını da gizlətməyib:
“Mən çox istəyirdim ki, ayrılsaq da, bizim normal ünsiyyətimiz olsun. Ayrılandan sonra münasibətlər yaxşı ola bilməzdi, çünki yaxşı deyil idi. Amma elə məsələlər var ki, heç yaxşı olmasını özüm istəmirdim. Sosial şəbəkələrdə bu kimi hadisələri izləyicilər çox qınayırlar. Hərəsi bir şey yazır. Bir dəfə yazdım ki, bəlkə, siz doğruları bilsəniz, mənə heykəl qoyarsınız. Gördüm ki, o qınaqlar səngidi. Elə şeylər var ki, onları danışmaq olmaz. Olmazlar var... Çünki biz ən azından kişiyik”.
Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə Akademik Milli Dram Teatrının aktrisası və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Muhammed adlı oğlan övladı dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:48 / 22.07.2023
Hüseyn: “Keçmiş xanımım övladlarımı mənə qarşı “silah” kimi istifadə edir” – VİDEO
Hazırda oxunan: Hüseyn: “Keçmiş xanımım övladlarımı mənə qarşı “silah” kimi istifadə edir” – VİDEO
Hazırda oxunan: Hüseyn: “Keçmiş xanımım övladlarımı mənə qarşı “silah” kimi istifadə edir” – VİDEO
147475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.