Hollivud aktrisası ikinci dəfə ƏRƏ GEDİR - FOTO

Hollivud aktrisası ikinci dəfə ƏRƏ GEDİR - FOTO

Hazırda oxunan: Hollivud aktrisası ikinci dəfə ƏRƏ GEDİR - FOTO

147009

Dünya şöhrətli Hollivud aktrisası Rene Zellveger ərə gedir. 

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, sənətçi nişanlısı britaniyalı teleaparıcı Ant Ansteadlə gizli toy etməyi planlaşdırır.  

2021-ci ildən birlikdə olan cütlük gözlərdən kənarda az sayda qonağın iştirak ilə məclis təşkil edəcəklər.

Bir-birinə dəlicəsinə aşiq olan cütlüyün toy xəbəri Qudvud Sürət Festivalı zamanı Antın Rene və böyük övladları, oğlu Arçi və qızı Ameli ilə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşdıqdan sonra bəlli olub. 

Qeyd edək ki, 54 yaşlı R. Zellveger üçün bu evlilik ikinci olacaq. Aktrisa 2002-2005-ci illərdə müğənni Kenni Çesni ilə evli olub və 2012-2019-cu illərdə musiqiçi II Doyl Bramhall ilə görüşüb.

O, həmçinin “White Stripes” rok qrupunun lideri Cek Uayt və Cim Kerri Bredli Kuperlə də münasibətdə olub. 44 yaşlı britaniyalı teleaparıcı Ant Anstead 2005-2017-ci illərdə Luiza Herbertlə evli olub, bu evlilikdən onun iki  övladı dünyaya gəlib. Anstead 2018-2021-ci illərdə Kristina Hall ilə evli olub və ondan Hudson adlı bir oğlu var.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO