Aparıcı Çinarənin qayınatası: “Bizdən ayrı yaşayacaqlar” - VİDEO

Aparıcı Çinarənin qayınatası: “Bizdən ayrı yaşayacaqlar” - VİDEO

Hazırda oxunan: Aparıcı Çinarənin qayınatası: “Bizdən ayrı yaşayacaqlar” - VİDEO

146945

Bir neçə gün əvvəl aparıcı Çinarə Əliyeva və plastik cərrah Ruslan Rəsulun toyu olub. 

Bizim.Media xəbər verir ki, bəy və gəlinin valideynləri “Səhər mərkəzi” verilişinə müsahibələrində cütlüyə “xeyir-dua” verib. 

Ruslanın anası Mehriban Rəhimova “Ömürlərinin sonuna kimi xoşbəxt ailə həyatları olsun. Sağlam canları və övlad sahibi olsunlar” sevinc hisslərini dilə gətirib. 

Bəyin atası Rəsul Rəhimov isə “Onlara can sağlığı arzu edirəm. Çinarə və Ruslan bizdən ayrı yaşayacaqlar. Onlar evlənirlərsə, bizdən ayrı yaşamalıdırlar” fikrini bildirib. 

Çinarənin anası Aidə Əliyeva qızına xoşbəxtlik arzu edərək, verdiyi hədiyyələrdən söz açıb: 

“Qızıma qızıl bilərzik bağışlamışam”. 

Ruslanın bacısı Vüsalə Salmanova isə Çinarəyə baldızlıq etməyəcəyini bildirib: 

“Mən Çinarəyə baldızlıq yox rəfiqəlik edəcəyəm. Çinarəni həddindən artıq çox istəyirəm. Çinarə bacımdır”. 

Daha sonra kamera önünə keçən Ruslan vurğulayıb ki, həyat yoldaşı Çinarə bundan sonra toylarda aparıcılıq etməyəcək: 

“Çinarə xına və nişan məclislərini aparacaq. Çünki o məclislər əsasən xanımlardan ibarət olur. Buna qadağa yoxdur”. 

Çinarə isə öz növbəsində bildirib ki, Ruslan ona yalnız toylarda aparıcılıq etməsinə qadağa qoyub.  

“Toylarda bəylər olduğu üçün Ruslan məni heç kimlə bölüşmək istəmir”. 
 
Sonda ikili toydan sonra Dubaya bal ayına gedəcəklərini açıqlayıblar.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO