Cennifer əri Benlə evliliklərinin ilk ildönümünü qeyd ETDİLƏR – FOTO

Cennifer əri Benlə evliliklərinin ilk ildönümünü qeyd ETDİLƏR – FOTO

Hazırda oxunan: Cennifer əri Benlə evliliklərinin ilk ildönümünü qeyd ETDİLƏR – FOTO

146632

Dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek ötən il evliliklərinin ilk ildönümünü qeyd ediblər.

Bizim.Media xəbər verir ki, cütlük paparazzilərə tuş gəldikləri Santa Monikada (Kaliforniya) italyan restoranına baş çəkiblər.

Müğənni axşam yeməyinə şəffaf dekolteli ağ mini paltar və hündürdaban sandalet geyinib, aktyor isə qara rəngdə təsadüfi görünüşə üstünlük verib.

Qeyd edək ki, cütlük 16 iyul 2022-ci ildə Las-Veqasda gizli şəkildə evlənib. Cennifer və Ben 2001-ci ildə Cilyi romantik komediyasının çəkiliş meydançasında tanış olublar. 2002-ci ildə Lopez və Afflekin münasibətdə olduğu məlum olub. Bir neçə ay sonra sevgililər nişanlandıqlarını elan ediblər.
Aktyorlar 2003-cü ilin payızına planlaşdırılan toylarını “medianın həddindən artıq diqqəti” səbəbindən təxirə salıblar və tezliklə ayrılıblar. Təxminən iyirmi il sonra Ben və Cen münasibətlərini yenidən alovlandırıblar və 2022-ci ildə yenidən nişanlanıbar. Cenniferin müğənni Mark Entoni ilə evliliyindən bir qızı Emma və oğlu Maksimilian, Benin isə Cennifer Qarnerlə evliliyindən üç övladı var.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO