Natəvan Babayeva səhhətindən DANIŞDI - ÖZƏL

Natəvan Babayeva səhhətindən DANIŞDI - ÖZƏL

Hazırda oxunan: Natəvan Babayeva səhhətindən DANIŞDI - ÖZƏL

145235

Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı Natəvan Babayevanın halı hava limanında pisləşmişdi. O, təcili olaraq əvvəlcə özəl klinikaların birinə yerləşdirilib. Daha sonra isə Milli Onkologiya Mərkəzinə köçürülüb. 

Televiziya aparıcısının sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı N.Babayeva ilə əlaqə saxlayıb. 

Aparıcı səhhətinin indi normal olduğunu bildirib:

"Özümü əvvəlki günlərdən daha yaxşı hiss edirəm. Hazırda rayonda valideyinlərimin kəndindəyəm. Zəng vurub və mesaj yazan hər kəsə təşəkkürümü bildirirəm". 

Qeyd edək ki, Natəvan Babayeva AzTV-dən əvvəl uzun illər keçmiş ANS telekanalında çalışıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO