Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə seçilməsi yazar Mürvət Qədimoğlu Həkərinin qurumdan istefasına səbəb olub.
Bizim.Media xəbər verir ki, sözügedən qalmaqallı məsələ ilə bağlı 72 yaşlı Qədimoğlu “Təsir dairəsi” ictimasi-sosial verilişinin bu günki buraxlışının canlı efirinə videozəng vasitəsi ilə qoşularaq studiyada əyləşən Seyidcahanın ünvanına ittihamlar səsləndirib.
Yazar bildirib ki, Elza AYB-yə üzv seçilərək oradakı şairləri təhqir etmiş olub:
“Korifey və daha neçə-neçə nəhənq və dahilərin Azərbaycan Yazıçılar Birliyinin siyahısında Elza xanımın da adı varsa, özümü o siyahıya layiq bilmirəm və düzgün hesab etmirəm. AYB-nin sədri Anar Rzayevə təqdim etdiyim ərizədə yazmışam ki, özümə, azərbaycan ədəbiyyatına, korifeylərinə düzgün hesab etmədiyimdən istefa verirəm və bu birlikdən çıxıram.
72 yaşım var, 50 ilə yaxındır ki Azərbaycan ədəbiyyatındayam. Anar müəllim özü məni çox yaxşı tanıyır və o, əlimi sıxaraq bu birliyə qəbul olunma vəsiqəmi mənə təqdim edib.
Azərbaycanın nəhəngləri olan siyahıda məni qəbul elədilər. Sonra da Elza xanımı o siyahıya qəbul edəndən sonra düşündüm ki, mənim haqqımda da düz etməyiblər. O siyahıda gedə bilmərəm və mən istefa verməliyəm. Elza xanım siz gözəl müğənni və bəstəkar ola bilərsiniz amma yaxşı şairlərin qapısının kəndarında dayana bilmərsiniz.
Siz, onları təhqir edirsiniz. Elza xanım illərdir ki, orada-burada yazdığı və tutuzdurduğu şeirləri toplayıb bir jurnal əlində gəzdirir. Mənim isə 16 kitabım çap olunub və oxucu əlindədir. Bundan sonra 5-6 kitabım da çıxacaq. Amma heç zaman əlimdə kitablarımı götürüb getməmişəm. Elza xanım mən yatağımın üstündə oturub sizinlə danışıram”.
M.Qədimoğlunun “odlu-alovlu” çıxışında cavab olaraq E.Seyidcahan əsəbi halda qarşı tərəfin efirə yaraşmayan geyimdə çıxdığına görə onu qınayıb:
“Allah sizə can sağlığı versin. 72 yaşında şair üçün 16 kitab nədir ki? Əsas keyfiyyətdir, kəmiyyət yox. Sizin yaşınıza-başınıza hörmət edirəm. Şairlərimiz ağ köynəkdə qara qalstukda efirə çıxmalıdırlar. Xəstə olsa da, belə o, bu vəziyyətdə efirə çıxmalı deyil. Şairin gecə köynəyində efirə çıxması doğru deyil. Ayıbdır!
Siz mənim quruma üzv olmağımdan çox narahatsınız. Mən bu verilişə Lalə xanıma (verilişin aparıcısı Lalə Azərtaş – red.) hörmət etdiyimə görə gəlmişəm, sizə görə yox. Mən öz zəhmətimə görə bu pilləyə gəlmişəm.
Mənim fəxri ada layiq görülməyim və AYB-yə üzv seçilməyim zəhmətimin bəhrəsidir. Dörd nəvəm var. Xalqın adından danışmayın”.
Proqramın gedişatında Elza Seyidcahanla verilişdə ekspert qismində iştirak edən vəkil xanım arasında çaxnaşma yaşanıb. Tərəflər söz-savaşına çıxaraq bir-birinin ünvanını “daş-qalaq” ediblər.
- A-
- A
- A+
Şoutaym
17:53 / 06.07.2023
Mürvət Qədimoğlu efirdə ƏSƏBİLƏŞDİ: “Elza şairlərin qapısının kandarında dayana bilməz” - VİDEO
Hazırda oxunan: Mürvət Qədimoğlu efirdə ƏSƏBİLƏŞDİ: “Elza şairlərin qapısının kandarında dayana bilməz” - VİDEO
Hazırda oxunan: Mürvət Qədimoğlu efirdə ƏSƏBİLƏŞDİ: “Elza şairlərin qapısının kandarında dayana bilməz” - VİDEO
144932
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.