“Hər zaman məndən soruşurlar ki, niyə saç rənginizi və formasını dəyişmirsiniz? Cavab verirəm ki, bu saç mənim imicimdir və hər zaman mənimlədir. Burada gen də öz rolunu oynayır. Baxımlı olmaq o demək deyil ki, həddindən artıq müdaxilə olunmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynallı qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
Aktrisa bildirib ki, özünü dəyişməyə can atmır və estetik müdaxilələrdən qaçır:
“İllər və zaman keçir, təbii olaraq bir qadın və üzdə olan bir xanım kimi özümə baxmalıyam. Baxımlı olmaq isə borcumdur. Çünki mən tək özümə məxsus deyiləm. Həm də xalqa məxsusam. Ona görə hər zaman formada olmalıyam. Aşırı müdaxilədən qaçıram. Kiçik toxunuşlar məsələn vitaminlər üzümə vururam. Özümü dəyişməyə qaçmıram”.
V.Zeynallı iki il əvvəl ailə quran qızı Səbinədən də söz açıb. Sənətçinin sözlərinə görə, o övladının ailəsinə müdaxilələr etməməyə çalışır:
“Hələ nənə deyiləm. Onların həyatına çox qarışmıram. Bu gənclərin həyatıdır. Müdaxilə etməməyə çalışıram. Hardasa nəyəsə kömək məqsədi ilə nəsə deyə bilərəm, amma müdaxilə tamam başqa şeydir. Son qərar onlara məxsusdur”.
Qeyd edək ki, Vəfa Zeynallının əkiz qız övladı var – Səbinə və Lalə. Səbinə həyat yoldaşı ilə Almaniyada tanış olub.
Rəşad Əliyev, Bizim.Media