Afaq Bəşirqızı: “Aktyorların film çəkilişlərində acından ürəyi gedir” – VİDEO 

Afaq Bəşirqızı: “Aktyorların film çəkilişlərində acından ürəyi gedir” – VİDEO 

Hazırda oxunan: Afaq Bəşirqızı: “Aktyorların film çəkilişlərində acından ürəyi gedir” – VİDEO 

144240

“Filmlərin zəifliyi rejissorların tamahkarlığıdır. Sponsor tapılmamış film çəkmək mümkün deyil. Rejissor fikirləşir ki, filan yerdə yeni tikilidə bir mərtəbəni ala biləcəm ya yox. O pulu onunla sayır. Aktyorlara çox zaman pul verilmir. Film şedevr olacaq, bilet satılacaq, faiz götürəcəm kimi məsələlərin hamısı yalandır. Nə olsun, sponsor verib, o, halal tikəyə əl atır, əl uzadır. Ona görə də onun işi heç zaman müvəffəqiyyətlə alına bilməz. Bunu Allah qoymaz. Çünki kiminsə çörəyinə, zəhmətinə əl uzadırsansa heç zaman xoşbəxt ola bilmərsən”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

67 yaşlı sənətkar film sahəsində az qonorara “dəridən qabıqdan” çıxan, durmadan çalışan gənc həmkarlarına dəstək çıxıb: 

“Biz zamanında elə bir dövrdə yaşamışıq ki, vicdanlı və istedadlı kinorejissorların, teatr rejissorlarının əlinə düşmüşük. Anlamışıq ki, biz işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara imkan vermirlər. Nə sanbalı, nə adını saxlamağa... Axı bu aktyorların da uşaqları, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, nəyə görə çəkdiyim filmim uğurlu olmadı? Bütün bunların hamısı bu məsələyə görə doğur. Haramlıqda heç zaman bərəkət yoxdur”. 

Aktrisa bildirib ki, çox zaman sənət yoldaşları filmlərə pulsuz çəkilirlər. Bəşirqızının sözlərinə görə, hətta kino meydançasında özünə yemək ala bilmədiyinə görə acından ürəyi gedən aktyorlar da olur: 

“Aktyorlar çox işləyirlər. Nə qədər ssenari çətin olsa, aktyorlar çalışırlar ki, özləri nəsə bir şey yaratsınlar. “Qablarında” olan instedadı ortalığa çıxarırlar ki, təki çəkildikləri film tamaşaçılar tərəfindən baxılsın.
Eyni zamanda da izlənilərək çörək pulu əldə edə bilsinlər. Aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır. Yaradıcı insanları qınamayın. Onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar. Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO