İradənin ailəsi ilə birgə Qurban bayramı PAYLAŞIMI - FOTO 

İradənin ailəsi ilə birgə Qurban bayramı PAYLAŞIMI - FOTO 

Hazırda oxunan: İradənin ailəsi ilə birgə Qurban bayramı PAYLAŞIMI - FOTO 

143698

Müğənni İradə İbrahimova müqəddəs Qurban bayramı ilə bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında həyat yoldaşı Ceyhun İzer, övladları İpək, Əli və qayınanası ilə çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.  

İradə paylaşımına ürək sözlərini yazıb:

"Bayramlar mənim üçün əsla yeri dolmayacaq, geri gəlməyəcək zamanlar deməkdir. Hamının həyatında çox dəyərli, qiymətli sandığı anlar, məkanlar, əşyalar var. Bu şəkildə gördüyünüz məkan ata yadigarıdır.


Çox gözəl süfrələrə, söhbətlərə, gülüşlərə, bəzən göz yaşlarına "Allah təkrar nəsib etməsin" dediyimiz ayrılıqlara şahidlik edən bu ev, sanki bizi birləşdirməyə, bölməməyə, ailə olmağımıza and içib.  

Bu səbəblə də mənəvi dəyəri qiymətsizdir. Gələnləriniz, gedənləriniz, sizə qalanlarınız nə varsa, bərk-bərk qucaqlayın. Mən hər zamankı kimi qucaqladım yenə. Həyatınıza, ürəyinizə xoş gələnlərin gəlməyi diləyi ilə. Yerləri dolmayan, qəlbimizdə, əməlinizdə bir ömür boyu yaşatmaya çalışdığınız əskiklərimizə də salam olsun".  
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.   

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır.    








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO