Hamilə Rihanna oğlu ilə belə GÖRÜNTÜLƏNDİ

Hamilə Rihanna oğlu ilə belə GÖRÜNTÜLƏNDİ

Hazırda oxunan: Hamilə Rihanna oğlu ilə belə GÖRÜNTÜLƏNDİ

142300

Atalar Günü şərəfinə A$AP Rocky (Rakim Mayers) həyat yoldaşı, dünya pop səhnəsinin ulduzu Rihanna və oğlu RZA ilə fotolarını paylaşıb. 

Bizim.Media xəbər verir ki, paylaşdığı şəkillərin birində Rakim hamilə Rihannanın qarnını öpür və oğlunu qucağına alıb. 

Digər fotolarda isə cütlüyün yataqda uşaqla uzanması əks olunub. 

Qeyd edək ki, 35 yaşlı Rihanna və 34 yaşlı A$AP Rocky ikinci övladlarını gözləyirlər. Müğənni ilk hamiləliyində olduğu kimi yumru qarnını gizlətmir və tez-tez ictimaiyyət qarşısına çıxır. Bu yaxınlarda isə hamilə olan Rihanna “Louis Vuitton” lüks markasının siması olub. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO