"Mən bizim qızların (keçmiş "W trio" qrupunun üzvləri müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova - red.) heç biri ilə küsülü deyiləm. And içirəm ki, bizim davamız olmayıb, nə də ki, başqa bir şey. Elnarə ilə də danışıram, həyat yoldaşı Rövşənin də xətrini dünyalar qədər sevirəm. Dəfələrlə hesabını vermişəm ki, bir yerə düşmədiyimiz üçün sizi görmürəm. Ola bilər ki, arada yadımdan çıxırsız. Bu, normaldır. Sizin ailə üzvləriniz var. Mən isə bütün nəsil üçün bir dənəyəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.
Sənətçi uzun illərdir küsülü olduğu deyilən həmkarları Natavan Həbibi və Elnarə Xəlilovadan söz açıb.
Röya bildirib ki, oğlu Hüseyni Natavanla tanış edib:
"Sən niyə küsürsən ki, xəstələnəndə yanına gəlmədim? Mən məni makiyaj edən, hər gün evə gəlib gedən adamlarla dostluq edirəm. Neçə il bundan əvvəl tədbirdə Hüseynlə Natavanı tanış etdim. Dedim, o sənin xalandır, danışmasaq da. Çünki səbəb yoxdur. Burada küsülülük deyil, ummaqdır. Düşünürəm ki, bu da yavaş-yavaş keçəcək. Kimisə görüb salam verməmək mənim qabımda yoxdur. Görürəm, bilirəm ki, mənə nifrət edir, yenə də salam verib gedirəm”.
Xalq artisti proqramın gedişatında ötən günlərdə Milli Qurtuluş Günü ilə bağlı keçirilən konsertdə N. Həbibi ilə rastlaşmasından da söz açıb. Röya Natavanın yanından keçdi ilə bağlı efirə gedən süjeti televizora baxarkən görüb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:35 / 18.06.2023
Röya: "Natavanla oğlumu tanış edib dedim ki, xalandır" - VİDEO
Hazırda oxunan: Röya: "Natavanla oğlumu tanış edib dedim ki, xalandır" - VİDEO
Hazırda oxunan: Röya: "Natavanla oğlumu tanış edib dedim ki, xalandır" - VİDEO
142021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.