Hacı Nuran Şuşada qəzaya düşdü - VİDEO

Hacı Nuran Şuşada qəzaya düşdü - VİDEO

Hazırda oxunan: Hacı Nuran Şuşada qəzaya düşdü - VİDEO

141182

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Hacı Nuran bildirib ki, Şuşada keçirilən “Əziz Şuşa” velosiped turuna gedərkən avtomobil qəzasına düşüb: 

“Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO