Rəqsanə

Rəqsanə "krivetka"nı reklam edən həmkarlarını qınadı - VİDEO

Hazırda oxunan: Rəqsanə "krivetka"nı reklam edən həmkarlarını qınadı - VİDEO

140966

“İndi restoran müğənnisini tanıtmaq o qədər asandır ki... Çünki hamı bir-birinə oxşayır. Mahnılarda da eyni aranjiman, eyni bəstəkarlar. Birinin mahnısı populyar olursa, o da gedib ondan mahnı alır. O da eyni janrda oxuyur. Moskvada məclislər idarə edirəm, gənc müğənnilər səhnədə bir-birinin arxasınca oxuyurlar. Mən amma fərqini görə bilmirəm ki, kimdirlər. Çünki mahnıların hamısı eynidir. Dəyişən təkcə sözlərdir. Özləri isə düşünmürlər ki, bu kimi şeylər nə qədər davam edəcək? Biləcəridən o tərəfdə adını tanıtdın, amma bu tərəfi də düşünmək lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “Sözbaz” verilişinə müsahibəsində deyib. 

Son zamanlar çəkilən klipləri bəyənmədiyini açıq şəkildə etiraf edən sənətçi bildirib ki, sənətə pul xərcləyən yalnız Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxandır: 

“Mən heç bir klipi Azərbaycanda bəyənmirəm. Çəkilən kliplər isə göz önündə. Alırlar əllərinə fotokameraları, bir məkanda video çəkirlər, adını da qoyurlar klip. Ayıbdır. Bu dəqiqə Azərbaycan dünyada tanınan dövlətdir. Ortaya çıxartdığımız məhsulun keyfiyyəti o qədər gözəl olmalıdır ki... Yalnız Aygün Kazımova və Röya Ayxan ortalığa yaxşı klip çıxarır. Onlar sənətlərinə pul xərcləyirlər. Qalanları haqda isə bunu deyə bilmərəm. Gənc müğənnilər isə pul xərcləmək istəmirlər. Pul qazanırsınızsa, sənətinizə də xərcləməlisiniz”. 

Rəqsanə həmkarlarının geyimlərini də ələ salıb: 

“Müğənnilərin geyimlərinə baxırsan, hamısına bir mağaza eyni geyimi paylayır. Onlar da geyinib “inkubator toyuqları” kimi görsənirlər. O müğənni də eyni kanalda geyim geyinir, efirə çıxır”. 

“Ucuz reklamları sevmirəm” deyən R.İsmayılova restoranda yedikləri yeməklərinin hesabını verməmək üçün bunun qarşılığında öz sosial şəbəkə hesablarında məkanın reklamını edən həmkarlarını sərt şəkildə tənqid edib:  

“Mənim də “Instagram”ım var. Mənə də reklam təklifləri gəlir. Öz adıma görə o reklam təkliflərini qəbul etmirəm. Dünya ulduzları da öz səhifələrində reklam paylaşırlar. Ama baxır nəyi və necə reklam etmək. Bu nədir axı? Krivetka, suşi belə gəldi, şabalıd belə getdi. Restoranda əgər 50 manatlıq yediyim yeməyin pulunu ödəyə bilməyəcəyəmsə onda mən həyatda niyə yaşayıram ki? Restoranda yediyin yeməyi reklam etmək olar? Mən bunu qəbul etmirəm, xoşuma da gəlmir!

Öz övladıma da bu sözləri deyirəm. Yaşımda olan həmkarlarıma da belə şeyləri heç yaraşdırmıram. Bir insana dırnaq düzəltdirirlər. Həmin dırnağın da tozu, torpağı girir həmin dırnağı düzəldənin ağzına. 3-4 saat o dırnağın üstündə işləyir.  
O yazıq ustanın pulunu ver də. Hələ indiyə kimi heç bir insan çıxıb deyə bilməz ki, nə saç, nə vizaj, nə dırnaq, nə də ki geyimimi pulsuz kiməsə bəzətdirmişəm. Bu kimi təkliflər isə həddən artıq çoxdur. Mənim yaşda və məndən böyük yaşda müğənnilərimiz elə şeyləri reklam edirlər ki, ayıbdır, yaraşdırmıram!”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO