Gülüstan məsxərəyə qoydu: “Bu gənci müğənni etmək üçün “fil doktoru” olmalısan” – VİDEO

Gülüstan məsxərəyə qoydu: “Bu gənci müğənni etmək üçün “fil doktoru” olmalısan” – VİDEO

Hazırda oxunan: Gülüstan məsxərəyə qoydu: “Bu gənci müğənni etmək üçün “fil doktoru” olmalısan” – VİDEO

140719

“Müğənni olmaq istəyən çoxdur. Gəlirlər yanıma, deyirlər ki, uşağımı müğənni et. Baxıb görürsən ki, onu müğənni etmək üçün “fil doktoru” olmalısan (gülür). Tapa bilmirsən ki, bunun səsinin başı, ayağı, diapozonu haradadır. Ümumiyyətlə, bu insanın səsi var yoxsa yox”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Sənətçi səhnədə səsi olmayan və “meydan sulayan” qeyri-peşəkar ifaçıları sərt şəkildə tənqid edib: 

“Acınacaqlısı isə odur ki, bu gün səsi və istedadı olmayan dırnaq arası musiqiçilər səhnəmizdə çoxluq təşkil edir. Bunlar necə təhsil alıb, oxumaqları və səhnəyə gəlmələri böyük şübhə altındadır. Müğənni olmaq üçün xüsusi istedad olmalıdır ki, üzərində işləsin və ortalığa bir şey çıxarsın. Çünki bu sənət elə bir sənətdir ki, hər şey göz qabağındadır və bunu gözdən gizləyə bilmərsən. Nə qədər axı, kompüterlə səsi düzəldə bilərsən, nə zamansa göstərməlisən də səsini”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO