Miri Yusifdən Türkiyədə təhsil alan oğlu ilə bağlı PAYLAŞIM - FOTO/VİDEO 

Miri Yusifdən Türkiyədə təhsil alan oğlu ilə bağlı PAYLAŞIM - FOTO/VİDEO 

Hazırda oxunan: Miri Yusifdən Türkiyədə təhsil alan oğlu ilə bağlı PAYLAŞIM - FOTO/VİDEO 

140634

Xalq artisti Miri Yusif böyük oğlu Mirhüseyn Mirbabayevlə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi Türkiyənin İzmir şəhərinin “İstek kuşadası okulları” orta təhsil müəssəsində təhsil alan oğlunun 8-ci sinifə keçid mərasimində iştirakı zamanı çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Miri Yusif sözügedən kadrlara “Oğlum, Mirhüseyn, yolun açıq olsun” şərhini yazıb. Mərasim zamanı isə Mirhüseynin anası Nərgiz Mirbabayeva da iştirak edib. O, oğlu ilə birgə çəkilən şəklini “Instagram” səhifəsində yayımlayıb. 
Qeyd edək ki, Miri Yusif və Nərgiz cütlüyünün Mirhüseyndən başqa daha bir qız və bir oğlan övladı var. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO