“Miss Rusiya 2023”ün qalibindən tənqidlərə CAVAB: “Mənim təbii gözəlliyim var” – FOTO

“Miss Rusiya 2023”ün qalibindən tənqidlərə CAVAB: “Mənim təbii gözəlliyim var” – FOTO

Hazırda oxunan: “Miss Rusiya 2023”ün qalibindən tənqidlərə CAVAB: “Mənim təbii gözəlliyim var” – FOTO

140430

Xəbər verdiyimiz kimi, “Miss Rusiya 2023” evli qadınlar üçün gözəllik müsabiqəsinin qalibi Natalya Oskar olub. 

Bizim.Media xəbər verir ki, qadının yarışmada qalibiyyəti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilər Oskarın xarici görünüşünün təbii olmadığını yazaraq “topa” tutublar. Onlar iştirakçılar arasında daha gözəl qadınların olduğunu, bəziləri isə Oskarın gözəlliyini kosmetoloqların, hətta plastik cərrahların əlləri ilə yaratdığını yazıblar. Natalya tənqid edənlərə cavab verib.

O, plastik əməliyyat və kosmetik manipulyasiyaları rədd edib. Oskar gözəlliyinin təbii olduğunu dilə gətirib:

“Həftədə iki-üç dəfə məşqçi ilə idmanla məşğul oluram. Pəhriz saxlayıram, şirniyyat yemirəm. Yalnız yarışda elə yeməyə başladım, yəqin ki, etməməliyəm. Çünki mənə çox şey lazım idi: enerji, kalori.

Amma bu gündən yenə düzgün qidalanmaya sadiq qalıram, bir qram da şəkərdən istifadə etmirəm. Bu da öz növbəsində kosmetik prosedurlar və əməliyyatlar olmadan gözəl görünməyimə kömək edir. Məndə hər şey normaldır. Təbii, öz gözəlliyim”. 
Qeyd edək ki, “Miss Rusiya 2023” müsabiqəsində Rusiyanın müxtəlif şəhərlərindən ümumilikdə 83 model qadın iştirak edib. Onlardan ən yaşlısının isə 62 yaşı var. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO