“Eşitdim ki, rayonların birində bir nəfərin qulağını eşşək dişləyib. Dünəndən başımı sındırıram, eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin”.
Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Sənətçi Astara rayonunda kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edərək, qulağını dişləməsinə yarı zarafat, yarı ciddi münasibət bildirib:
“Başım işləmir... Sənin qulağın eşşəyin ağzında nə gəzirdi? Hələ fikirləşirəm... Hərçənd cəmiyyətdə o qədər eşşəklərlə yan-yana gəzənlər var. Onlara baxanda ağlım kəsir. Amma bu birisi eşşəklər axı qulaq dişləmir. Ömür yeyir, ömür”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:22 / 07.06.2023
Nazilə Səfərli: “Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?” - VİDEO
Hazırda oxunan: Nazilə Səfərli: “Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?” - VİDEO
Hazırda oxunan: Nazilə Səfərli: “Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?” - VİDEO
140249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.