Dünya şöhrətli Hollivud aktyoru Arnold Şvarzeneggerin rol aldığı “Fubar” çoxserialı bədii filminin “Netflix” platformasında mayın 25-də premyerası olub.
Bizim.Media xəbər verir ki, ekran işinin 7-ci bölümündə Azərbaycandan söz açılıb.
Serialda Luk Branner rolunu canlandıran aktyor paytaxt Bakı ilə bağlı mühüm işlər görməsi üçün tapşırıq alır.
O, verilən tapşırıqları yerinə yetirməyə başlayır.
Rəşad Əliyev, Bizim.Media