Kəmalə Ağazadə: “Qızı Təranənin məhkəməsinə getməkdən imtina edib” - FOTO

Kəmalə Ağazadə: “Qızı Təranənin məhkəməsinə getməkdən imtina edib” - FOTO

Hazırda oxunan: Kəmalə Ağazadə: “Qızı Təranənin məhkəməsinə getməkdən imtina edib” - FOTO

139978

Bu gün prodüser Təranə Səmədovanın növbəti məhkəməsi olacaq. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb. 

Kəmalə xanım qeyd edib ki, prodüserin böyük qızı Suel məhkəməyə getməkdən imtina edib: 

“Qanuni nümayəndə kimi iştirak etməliyəm. Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox kiçikdir. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim”. 

K.Ağazadənin sözlərinə görə, Suelin anası ilə münasibətləri yaxşı deyil: 

“Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf... Amma kaş ki, son şans verilə və cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var”. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.    


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO